Əmək yarmarkalarında 229 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə əmək yarmarkası təşkil olunub.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edənlər muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən  söz açaraq işaxtaran vətəndaşların işlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, ötən il Naxçıvan şəhərində keçirilən əmək yarmarkalarında 115 vətəndaş müxtəlif işlərlə təmin olunub.

Sonra yarmarkaya  gələnlər boş iş yerləri ilə tanış olublar. 74 müəssisədən  649 boş iş yeri əmək yarmarkasının iştirakçılarına təqdim edilib. Onlardan 54-ü dövlət, 20-i isə özəl müəssisə olub. Yarmarkada 48 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilib.

Qeyd edək ki, iyul ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikanın rayonlarında da əmək yarmarkaları keçirilib. Yarmarkalarda işaxtaranlara Naxçıvan şəhəri də daxil olmaqla, ümumilikdə, 237 idarə, müəssisə və təşkilatdan 1785 boş iş yeri təqdim edilib. İyul ayı ərzində  ümumilikdə 229 vətəndaş müxtəlif xarakterli işlərə göndərilib. İşə göndəriş alanlardan 93-ü gənclər, 7- si sağlamlıq imkanları məhdud şəxslər, 30-u isə qadınlar olub. Əmək yarmarkalarında 13 nəfər özünüməşğulluq proqramına, 6 nəfər isə  peşə hazırlığı kurslarına cəlb olunub.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: