Şahbuz rayonunda tibbi sığortanın tətbiqi ilə əlaqədar  hazırlıq işləri görülür

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2019-cu ilin birinci yarısının yekunları və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib.

Kollegiya iclasında Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Səhiyyə Nazirliyinə verilən tapşırıqlara əsasən Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunmasına və səhiyyə maarifinə diqqəti artırmalı, həkim hazırlığı və tibbi təhsilin səviyyəsi yüksəldilməlidir. Səhiyyə müəssisələrində quraşdırılan müasir tibbi avadanlıqlardan səmərəli istifadə olunmalı, həkim və tibb işçiləri mütəmadi kurslara göndərilməlidir.

Niyazi Novruzov 2019-cu ilin birinci yarımilində görülən işlərdən danışaraq, qeyd edib ki, Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar Şərur Rayon Mərkəzi Xəstəxanası və yeni yaradılan Şərur Rayon Uşaq Xəstəxanasının binalarında yenidənqurma və təmir işləri aparılıb, ehtiyac olan bütün növ tibbi avadanlıq və cihazlarla təchiz edilərək nümunəvi tibbi informasiya sistemi – komputer proqramı təminatı qurulub, həmçinin Şərur Rayon Kərimbəyli Kənd Həkim Ambulatoriyası, Ordubad rayon Dəstə Kənd Həkim Ambulatoriyası da tikilərək bütün növ tibbi avadanlıqlarla təchiz edilib.

Nazir qeyd edib ki, Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə əlaqədar rayon xəstəxanası yenidən qurulub. Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün də yeni bina istifadəyə verilib. Babək Rayon Kültəpə, Ordubad Rayon Vənənd, Şərur Rayon Muğanlı kəndlərindəki həkim ambulatoryalarının, Məmmədsabir Kənd Feldşer Mama Məntəqəsinin və Şahbuz Rayon Türkeş Kənd Feldşer Mama Məntəqəsinin tikintisi isə davam etdirilir.

Diqqətə çatdırlıb ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə Şərur rayonunda icbari tibbi sığortanın tədbiqinə başlanıb, Kəngərli rayonunda isə bu proses avqustun 1-dən reallaşacaq. Şahbuz rayonunda tibbi sığortanın tətbiqi ilə əlaqədar  hazırlıq işləri görülür.

Hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə seminar və konfransların keçirildiyini qeyd edən Niyazi Novruzov onların Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə kurslarına göndərildiyini, həkim və orta tibb işçilərinin sertifikasiya işinin  davam etdirildiyini bildirib.

Niyazi Novruzov qeyd olunan uğurlarla yanaşı, nöqsanlara da yol verilidiyini diqqətə çatdırıb. Səhiyyə naziri həmçinin digər sahələrdə görülən işlərdən də danışıb.

Məruzə ətrafında çıxış edənlər 2019-cu ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar məlumat veriblər. Kollegiya iclasında qərar layihəsi oxunaraq qəbul edilib.

Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: