Yarmarkaya 30 tona yaxın yerli məhsul çıxarılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda təşkil olunan yarmarkaya 23 istehsal müəssisəsi tərəfindən 90 növdə, 280 çeşiddə 30 tona yaxın yerli məhsul çıxarılıb. Yarmarkaya 600-dən çox ailə təsərrüfatçısı tərəfindən çıxarılan məhsullar da qısa müddətdə satılıb.

Yarmarkaya müxtəlif ərzaq məhsulları istehsal edən dövlət və qeyri-dövlət müəssisələrindən həmçinin muxtar respublikamızın ayrı-ayrı bölgələrindən torpaq mülkiyyətçiləri, ailə təsərrüfatçıları keyfiyyətli məhsullar çıxarıblar.

Bu gün həmçinin Şərur rayonunda da kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Şərur şəhərində təşkil edilən yarmarkaya 10 tona yaxın yerli kənd təsərrüfatı və ərzaq məhsulu çıxarılıb.

 

                            Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: