Leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi məqsədilə imza günü keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki "Ayla" dəftərxana və kitab mağazasının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən yazarlarla imza günü keçirilib. İmza günündən əldə olunan gəlirlə leykoz xəstəliyindən əziyyət çəkən balacaların müalicəsinə yardım göstəriləcək.
İmza günündə muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılardan Nərgiz İsmayılovanın, Elxan Yurdoğlunun, Leyla Səfərovanın, Aynur Oruclunun, Həmid Arzulunun və Əzizə Həsənovanın kitabları yer alıb. Çıxış edənlər şair və yazıçıların çapdan çıxan kitablarının “imza günləri”nin keçirilməsi ənənəsinin formalaşmasının əhəmiyyətindən danışıblar.
Qeyd edək ki imza günündə müəlliflərin 100-dən artıq 700 manat dəyərində kitabı satılıb. Əldə olunan gəlir leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara bağışlanılacaq.