Qarpız alarkən bunlara diqqət etmək lazımdır

A- A A+

Qarpız sağlamlıq baxımından insan orqanizminə olduqca faydalı bitkidir. Bununla belə qarpız seçərkən bir neçə məqama diqqət yetirmək lazımdır. Çünki gözlənilməz şəkildə zəhərlənmə və buna bənzər problemlər ortaya çıxa bilər.

Ümumiyyətlə qarpızı kəsmədən almayın. Əgər qabığının iç qismi sarı rəngdədirsə, almamalısınız. Qabıq qisminin ağ olması lazımdır. Bəzi insanlar qarpızın içindəki dəliklərin böcək izləri olduğunu düşünür. Lakin bu, iynələrin də yeri ola bilər. Buna görə də dəlik olan qarpızlardan uzaq durun. Ətli qismi yaxşı olsa belə, dəlikdən sonra qarpız xarab ola bilər.

Qarpızı kəsdikdən sonra ortaya çıxan nəhəng boşluq əslində qarpızda həddən artıq hormonun olmasının göstəricisidir. Qarpızdakı nitrat səviyyəsini ölçmək üçün onu suyun içinə atın. Su bir müddət sonra rəngini dəyişərək parlaq və çəhrayı olsa, aldığınız qarpız təhlükəlidir deməkdir. Bəzən daha qənaətcil davranmaq üçün yüngül qarpız seçmək istəyirik. Lakin qarpızın yetişmiş olması onun ağırlığından bəlli olur.

Əgər qarpız yedikdən ən az 2 saat sonra ürəkbulanma, qusma, şiddətli ishal, başgicəllənmə, başağrısı, mədədə sancı, temperaturun qalxması kimi simptomlar üzə çıxmağa başlasa, həkimə müraciət etmək lazımdır.
   


“El həyatı” qəzeti
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: