Şahbuz rayonunda əhalinin əsas məşğuliyyəti maldarlıq, heyvandarlıq, bağçılıq, arıçılıq olsa da, son dövrlərdə tərəvəz əkinlərinə də maraq artıb. Bu da ailə təsərrüfatı sahiblərinə yeni texnikaların lizinq yolu ilə verilməsi, rayonun iqlim şəraitinin bir sıra tərəvəz məhsulları üçün əlverişli olması ilə bağlıdır. Cari ilin yazında rayonda 160 hektar sahədə tərəvəz bitkiləri əkilib. Tərəvəz rayonda ən çox Badamlı, Sələsüz, Daylaqlı və Kiçikoba kəndlərində əkilib.
Bu il Türkeş kəndində də tərəvəz əkinlərinin sahəsi genişləndirilib. Belə ki, kənddəki ailə təsərrüfatı sahibləri bu il pomidor əkininə daha çox üstünlük veriblər. Buna səbəb isə ötən il pomidorun bazar və yarmarkalarda daha yaxşı qiymətə satılmasıdır. Hazırda rayonda tərəvəz məhsullarında becərmə tədbirləri həyata keçirilir. Yaxın günlərdə həmin məhsullar bazar və yarmarkalarda satışa çıxarılacaq.
“Oğuz səsi” qəzeti