“Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” adlı dəyirmi masa keçirilib - FOTOLAR
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ilinə həsr olunmuş dəyirmi masa keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin böyük məsləhətçisi Ramazan Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politoloqu, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və digər qonaqlar iştirak ediblər.
Çıxışçılar Azərbaycanın qədim bölgəsi olan Naxçıvanın tarixi, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, iqtisadiyyatı, mədəniyyəti və digər sahələrindən ətraflı məlumat verilib və Muxtar respublikada əldə olunan uğurlardan, eyni zamanda bu gözəl diyarın Azərbaycan tarixində oynadığı roldan danışılıb. Bildirilib ki, çoxlu sayda görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetirmiş bu diyar ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.
Sonda “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ili əlaqədar hazırlanmış videoslayd nümayiş olunub.