“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalının növbəti sayı işıq üzü görüb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” (“Seismoprognosis observations in the territory of Azerbaijan”) elmi jurnalının 2019-cu ildəki birinci sayı çapdan çıxıb.

Mərkəzin informasiya şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, jurnalda Yer elmləri bölməsi sahəsində - seysmologiya, geofizika, geodinamika və s. sahələrində aparılan elmi tədqiqatların nəticələrinə dair məqalələr dərc olunub.

Qeyd edək ki, bu ilə qədər jurnal ildə bir dəfə nəşr edilib. Bu ildən redaksiya heyəti jurnalın dövriliyini artıraraq ildə iki dəfə nəşr olunmasına qərar verib. Yer elmləri sahəsinə elmi fəaliyyətlə məşğul alimlər, mütəxəssislər və magistrlər jurnala öz məqalələrini təqdim edə bilərlər.

Jurnalın yeni sayı ilə bu linkdən tanış olmaq olar: http://www.seismology.az/journal/files/articles/jurnal-2019.pdf

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: