NUHÇIXAN xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi Xatirə muzeyində, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Qarabağlar Türbə Kompleksində, Daxili işlər Nazirliyinin kollektivi “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində, Maliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində, Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşları “Əlincəqala” muzeyində, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının kollektivi Dövlət Bayrağı Muzeyində, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Nəbatat bağında, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollektivi Bəhruz Kəngərli muzeyində, Naxçıvan Muxtar Respublikası Fövqalədə Hallar Nazirliyinin əməkdaşları Ədəbiyyat Muzeyində, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Hüseyn Cavidin ev muzeyində, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev muzeyində olublar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Xan sarayını, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin kollektivləri Biznes Mərkəzini, Dövlət Gömrük Komitəsinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları duz muzeyini, Dövlət Nəqliyyat Xidmətinin kollektivi isə Rəsm Qalareyasını ziyarət ediblər.
Mədinə Rəhimli