“Məktəbin idarə olunması” mövzusunda təlimə start verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Məktəbin idarə olunması” mövzusunda 5 günlük təlimə start verilib. Təlimdə 100-dən artıq məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak edəcək.

Ümumtəhsil məktəblərində direktorların peşəkarlıq səviyyəsinin artırılması, onların yeni bilik və bacarıqlara yiyələnmələri, müasir təfəkkürlü mütəxəssis hazırlanması məqsədilə təşkil olunan təlimi Bakıdan dəvət olunan Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçi-müəllimi Qoşqar Məhərrəmov tərəfindən aparılır. Təlimin ilk günü “Məktəbin idarə olunması”, “İnsan resurslarının idarə olunması”, “Liderlik” məsələləri haqqında məlumatlar verilib.

Təlimin növbəti mərhələlərində məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə “Müəssisədaxili ünsiyyət qaydaları”, “Valideynlərlə əməkdaşlıq yolları”, “Dərsin planlaşdırılması” mövzularında təlim keçiriləcək.

Sonda təlimi müvəffəqiyyətlə başa vuranlara sertifikatlar veriləcək.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: