NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyində istehsalat təcrübəsi keçiblər.
Təcrübə zamanı bildirilib ki, muxtar respublikada ekologiya sahəsində həyata keçirilən tədbirlər, ətraf mühitə olan münasibət nümunə gücündədir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, indi muxtar respublika ərazisinin 14 faizdən artığı yaşıllıqlardır. Naxçıvanda qırmızı kitaba düşmüş bir sıra flora və fauna nümunələri qorunur və artırılır. Ova qadağaların qoyulması, zəngin yem ehtiyatı buna əlverişli şərait yaradır.
Sonda ekologiya və ətraf mühit sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, o cümlədən meşələrin salınması, yaşıllıqların artırılması, biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının davamlı idarə olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.
Sadiq Məmmədov
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.