İşəgötürənlərlə sosial tərəfdaşlıq mövzusunda tədbir keçirilib

A- A A+

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi  və İqtisadiyyat Nazirliklərinin birgə təşkilatçılığı ilə işəgötürən müəssisələrlə sosial tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Naxçıvan Biznes Mərkəzində tədbir keçirilib.

Tədbirdə hər iki nazirliyin əməkdaşları və muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq obyektlərinin nümayəndələri iştirak edib. Görüşdə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın   icrası ilə bağlı insan kapitalının inkişafı, o cümlədən iqtisadi fəallığın yüksəldilməsi və bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mövzu ətrafında slaydların da nümayiş olunduğu tədbir, iştirakçılara maarifləndirici bukletlərin təqdim edilməsi ilə başa çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: