London dünyada ilk park-şəhərə çevrilib

A- A A+

London şəhərinin hakimiyyət orqanları Milli Park-Şəhərlərin Beynəlxalq Xartiyasını (National Park City) imzalayıblar. NPC-nin bu təşəbbüsü böyük şəhərləri yaşıl və daha “yabanı” məkanlara çevirməklə həmin şəhərlərdə həyat şəraitini yaxşılaşdırmağa yönəlib.

NUHÇIXAN bu barədə "abcnews” saytına istinadla xəbər verir.

Londonda 9 milyon nəfər yaşayır. Burada hər kvadratmilə 14 min sakin düşür. Britaniya paytaxtında 8 milyona yaxın ağac var. Şəhər ərazisinin 16,8 faizini yaşıllıqlar tutur.

Burada “Green View Index” (GVI) 12,7 faizə bərabərdir. Müqayisə üçün: Parisdə GVI 8,8 faizdir. Bu şəhərdə vəhşi heyvanların 15 min növü, o cümlədən İngiltərədə ən böyük maral böcəklərinin populyasiyası, yüzlərlə quş növü, 8 yarasa növü yaşayır.

Londonun meri Sadiq Xan 2050-ci ilə qədər şəhərdə yaşıllıqların sahəsini daha 50 faiz artırmaq vəzifəsini qarşıya qoyub. Buraya evlərin yaxınlığındakı bağlar və özəl ərazilər də daxildir. Mer deyib: “Ətraf mühitə sərmayə qoyulmasını, rayonlar və icmalarla işi davam etdirməklə, Londonun bütün sakinlərinin sağlamlığını və salamatlığını yaxşılaşdıra bilərik.

NPC Fondu 2025-ci ilə qədər azı 25 şəhərə milli park-şəhər statusu verilməsini planlaşdırır. Hazırda digər yaşayış məntəqələri ilə danışıqlar aparılır. Məsələn, Qlazqo və Nyukasl şəhərləri Böyük Britaniyada bu fəxri statusa iddialıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: