Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri xanım Guo Min və səfirliyin Hərbi Attaşesi Zhang Zunguonun dəvətilə Çin Xalq Respublikası Ordusunun yaranmasının 92 illiyi münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Həmin gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov həmçinin Mərakeş Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Mohamed Adil Embarch və xanımının dəvətilə bu ölkənin milli bayramı-Kralın Taxt-tac günü münasibətilə təşkil edilmiş rəsmi ziyafətdə də iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: