Ahıllar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər - FOTOLAR
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən ahılların, həmçinin Ahıllar Evi sakinlərinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ziyarətləri təşkil olunub.
Ziyarətdən sonra ahıllar “Saat Meydanı” turistik istirahət mərkəzində olublar. Burada onlar üçün nahar və çay süfrəsi təşkil edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edib, ahıllara göstərilən dövlət qayğısından danışıblar. Sonra tədbir sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” musiqi qrupunun ifasında musiqi nömrələri, gənclərin ifasında rəqs nömrələri ilə davam edib. Sosial könüllülərin də iştirak etdiyi tədbirin sonunda ahıllara hədiyyələr təqdim olunub.