Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edilib

A- A A+

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə Xidmətdə vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 1-30 avqust 2019-cu il tarixlərdə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə fiziki cəhətdən sağlam, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Zabit vəzifələrinin tutulması üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq ilk zabit hərbi rütbəsi almış 35 yaşınadək həqiqi hərbi xidmət keçmiş şəxslər, mülki vəzifələrin tutulması üçün 35 yaşınadək ali təhsilli şəxslər müraciət edə bilərlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, əvvəllər az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunmuş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə Xidmətdə işləməyə qadir olmayan, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə həmin orqanlardan xaric edilmiş şəxslər Xidmətə qulluğa qəbul edilə bilməzlər.

 Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Komissiyaya gəlməklə müraciət edə bilərlər.

Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: