Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Kitabxanasında 1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Naziliyinin Aparat rəhbəri Piri Nağıyev qeyd edib ki, bu gün muxtar respublikamızda dövlətimizin dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da Ana dilimizə ehtiramın ifadəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsi və müstəqillik dövründə ədəbi dilimizin inkişafı məsələləri”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev “Milli varlığımız-Ana dilimiz”, kitabxananın direktoru Tamella Əsgərova “Dil mənəvi dəyərləri yaşadan amildir” mövzularında çıxış ediblər. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan dili xalqımızın ən böyük dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin əsas rəmzlərindən biridir. Müasir Azərbaycan dili yüksək yazı və nitq mədəniyyəti ilə seçilən və daim zənginləşən dildir.

Sonra əlamətdar gün münasibətilə təşkil olunan sərgiyə baxış olub.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: