NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasından olan zəvvarlar müqəddəs Həcc ziyarətinə yola salınıb. Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Naxçıvan Muxtar Respublikasının qazısı Sahib Məmmədov və onların yaxınları zəvvarları yola salıblar. Bildirilib ki, bu dəfə müqəddəs Həcc ziyarətinə muxtar respublikadan 35 sakin yola düşür. Yola salanlar onlara yaxşı yol diləyib və müqəddəs məkanda sağ-salamat ibadət edərək geri qayıtmağı arzulayıblar. Zəvvarlar isə ziyarət zamanı şəhidlərimizin ruhuna və xalqımızın rifahı naminə dualar edəcəklərini bildiriblər.
Turab Hacızadə