DSX: Düşmən təxribatının qarşısını alan zaman yaralanmış hərbi qulluqçu əməliyyat olunub

A- A A+

İyulun 31-də Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatının qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçu üzərində aparılmış cərrahiyyə əməliyyatı uğurla başa çatıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.

Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib, cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə yaxından tanış olub.

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: