NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, yay mövsümündə havanın temperaturunun müsbət 41 dərəcə selsidən yüksək olması tikinti və yenidənqurma işləri aparılan sahələrdə çalışan işçi heyətin sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən də işəgötürənlərin diqqətinə çatdırılır ki, havanın temperaturunun müsbət 41 dərəcə selsidən çox olduğu isti və açıq şəraitli iş yerlərində əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq fasilələr verilməli və iş dayandırılmalıdır.