Naxçıvan şəhərinin yeni quruculuq ünvanları  

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan şəhərində yeni inşa olunan məscid kompleksində işlər davam edir. Məscid kompleksinin sahəsi 6400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə olacaq. İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri başa çatdırılıb. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunan məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir.

Kompleksdə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar olacaq. Həyətdə abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq

Bundan başqa, Naxçıvançayın sahilində tikilən bulvarın inşası da  davam etdirilir. Bulvar insanların istirahəti üçün gözəl bir məkana çevriləcək. Burada istirahət guşələri, velosiped yolu, kafe, əl oyunları kompleksi tikilir. Bu məkanda yaşıllıqların salınması üçün yerlər hazırlanır və müasir işıqlandırma sistemləri qurulur.

Uşaq Əyləncə Mərkəzinin və “Görüş yeri” kafesinin yaxınlığında salınan bulvar həm də turizmin inkişafına özünün töhfəsini verəcək.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: