Süni Mayalanma Mərkəzinin tikintisi davam edir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzi tikilir. Mərkəz üçün iki mərtəbədən ibarət inzibati bina, yataqxana, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi, müxtəlif laboratoriyalar və digər obyektlər inşa olunur.  Hazırda binaların fasadı daşla üzlənir və suvaq işləri görülür.

Yeni tikilən Süni Mayalanma Mərkəzi Naxçıvanda heyvandarlığın keyfiyyətcə daha da yaxşılaşdırmasına müsbət təsir göstərəcək. Belə ki, hazırda 23 süni mayalanma məntəqəsinin fəaliyyət göstərdiyi muxtar respublikada yeni yaradılacaq mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək.

Mərkəzin həm də bir elmi-tədqiqat müəssisəsi kimi mühüm əhəmiyyəti var. Əvvəllər süni mayalanma toxumları başqa ölkələrdən gətirilirdisə, yeni yaradılacaq mərkəzdə toxum istehsalı sahəsi də fəaliyyət göstərəcək.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: