Lissabon Vəhşi Təbiətin Bərpası Mərkəzinə 22 il ərzində 20 min heyvan qəbul edilib

A- A A+

1997-ci ildə Portuqaliyanın paytaxtında yaradılan Lissabon Vəhşi Təbiətin Bərpası Mərkəzinə (LxCRAS) ölkənin hər yerindən iki on il ərzində 20 min heyvan qəbul edilib.

NUHÇIXAN Portuqaliya KİV-lərinə istinadla xəbər verir ki, vəhşi heyvanların zədələnmə səbəbləri müxtəlifdir: yuvadan düşmələr, yol-nəqliyyat hadisələri, tələlər, xəstəliklər və hətta cərəyan vurmaları.

Heyvanlar mərkəzdə bərpa prosesi keçir və yenidən təbiətə qaytarılırlar. Vəhşi heyvanların aldıqları zədələnmələrdən sonra təbiət qoynunda yaşamaq iqtidarında olmadığı hallarda isə onlar təbii mühitə daha uyğun olan parklara göndərilir.

Gələcəkdə Lissabon Vəhşi Təbiətin Bərpası Mərkəzinin genişləndirilməsi və fəaliyyət sahəsinin yaxşılaşdırılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: