Təbii qazla təminat daha da yaxşılaşdırılır

A- A A+

Ordubad rayonunun bütün yaşayış məntəqələri fasiləsiz olaraq təbii qazla təmin olunur. 1 iyul 2019-cu il tarixə qaz istehlakçılarının sayı 10 639 olub ki, bunların 10 334-ü əhali, 305-i isə qeyri-əhali abonentlərdir. Ötən dövrdə 545 çağırış qeydə alınıb, bütün hallarda qaz sızmalar aradan qaldırılıb, 21 mənzil  qazlaşdırılıb. Yarım il ərzində 49 ədəd istismar müddətini başa vurmuş qaz sayğacı yeni qaz sayğacları ilə əvəz olunub, sayğaca müdaxilənin qarşısının alınması məqsədilə 1162 qaz sayğacına mühafizə qutusu qoyulub, intensiv reydlər keçirilib. Rayon ərazisində daşıyıcı və paylayıcı qaz xətlərində təmir-bərpa işlərinin aparılması, korroziyaya uğramış qaz borularının dəmir və polietilen borularla əvəz olunması, yenidənqurma, abadlıq işləri ilə əlaqədar 7498 paqonometr borudan istifadə olunub, 3140 mənzildə qaz xətlərinə və avadanlıqlarına texniki baxış keçirilib. Qaz sızmalarının qarşısının alınması məqsədilə qaz xətlərinin “qaz arama detektorları” vasitəsilə yoxlanılması işi mütəmadi olaraq həyata keçirilib, 570 qaz sızması aşkarlanaraq təmir olunub.  Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya rayon ərazisində elektrik və qaz təsərrüfatında qanunsuz müdaxilələrə qarşı mütəmadi reydlər və maarifləndirici tədbirlər həyata keçirib,  yarımil ərzində rayon ərazisində qaz xəttindən qanunsuz istifadə edənlər  İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən  cərimələniblər.

 

 “El həyatı” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: