Muxtar dövlətimizdə təbiətimizin zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Bu gün Culfa rayonunda da ağaclara qulluq göstərmək, yaşıllıqları genişləndirmək ənənəyə çevrilib. Hər bir sakin yaşıllıqların qorunması və becərilməsi işini özünün vətəndaşlıq borcu sayır, bu tədbirlərin yerinə yetirilməsində fəallıq nümayiş etdirir, mütəmadi yaşılıq zolaqlarına aqrotexniki qaydada qulluq göstərirlər. Havalar xeyli isti keçdiyindən idarə müəssisə və təşkilatların kollektivləri ağaclara aqrotexniki qulluq göstərərək suvarma tədbirlərini diqqətdə saxlayırlar. Xüsusən Culfa düzündə, Culfa-Ordubad magistral yolunun ətrafındakı yaşıllıqlar daha tez-tez suvarılır, ətrafı kol-kosdan təmizlənir, qurumuş budaqlar kəsilir, səliqə-sahman yaradılır. Bir sıra kollektivlər damcı üsulu ilə suvarılan sahələrdə suyun normal verilməsi üçün su xətlərində olan nasazlıqları aradan qaldırırlar.
Gülüstan türbəsi, Əlincə qalası ətrafında və digər sahələrdə salınmış yeni yaşıllıq zolaqlarına xüsusi qayğı göstərilir, suvarma tədbirləri müntəzəm həyata keçirilir.
“Arazın səsi” qəzeti