Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin may ayında bir sıra qərarlar qəbul etmişdir. Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda, “Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda, “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin daxili intizam Qaydaları”nda və “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli 25 nömrəli qərarında dəyişikliklər edilmişdir. Sonuncu qərara görə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğində müəyyən edilmişdir.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 23 may tarixli qərarları ilə “Elektron xidmət növlərinin Siyahısı”nda, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda, “Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası”nda və “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 2018-ci il 26 may tarixli qərarları ilə “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” və “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi, göstərdiyi tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilmişdir. Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: