Ordubad rayonunda ekoloji monitorinq keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonu ərazisində ekoloji monitorinqlər keçirib. Məqsəd ətraf mühitə təsir hallarının öyrənilməsi, eləcə də qanunazidd halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsidir.

Monitorinq iştirakçıları ilk növbədə Ordubad rayonunun ən iri yaşayış məntəqəsi olan Dəstədə olub, burada bərk məişət tullan­tılarının idarə olunması vəziyyətinə baxıblar. Müəyyən edilib ki, burada tullantıların bir hissəsi basdırılıb, bir hissəsi isə açıq vəziyyətdə saxlanılıb. Qısa müddətdə həmin ərazidə zərərsizləşdirilməmiş bərk məişət tullantılarının götürülməsi tövsiyyə olunub.

Sonra monitorinq iştirakçıları kənddəki yaşıllıq zolaqlarına və meyvə bağlarına baxış keçiriblər. Yaşayış məntəqəsindəki təmizlik, abadlıq işləri qənaətbəxş hesab olunub, meyvə bağlarının, yaşıllıq zolaqlarının salınması xeyirxah əməl kimi dəyərləndirilib.

Ekoloqlar  rayonun Şəhriyar qəsəbəsində də olub, təmizlik və yaşıllaşdırma tədbirləri ilə maraqlanıblar. Müəyyən edilib ki, qəsəbədə yeni meyvə bağlarının, yaşıllıqların və gülzarlıqların salınmasına diqqət yetirilir. Meyvə bağları mütəmadi olaraq suvarılır, yaşıllıqların qayğısına qalınır. Ərazidə təmizlik işləri davam etdirilir, tullantı  qutularının ətrafı təmiz saxlanılır, tullantılar vaxtlı-vaxtında daşınır.    

Monitorinq iştirakçıları rayonun Aşağı və Yuxarı Əndəmic kəndlərində də olublar. Müəyyən edilib ki, bu kəndlərdə təmizlik və abadlıq işləri diqqətdə saxlanılır. Bütün bunlarla bərabər  adiçəkilən kəndlərdəki yaşıllıq sahələrində quruyan ağaclar var. Eyni vəziyyət Dübəndi çayının Ordubad şəhəri ərazisindən keçən hissəsində də mövcuddur. Burada bəzi ağacların quruyan budaqları kəsilib, ətrafa quru ağac budaqları və butulkalar atılıb. Bütün bunların qısa müddətdə aradan qaldırılması üçün aidiyyatı təşkilatlara və məsul şəxslərə tapşırıqlar verilib.

Ekoloqlar Dübəndi çayı ərazisinə baxış keçirib, çaydan və digər içməli su mənbələrindən analizlər aparmaq üçün nümunələr götürüblər.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: