“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin filialı üçün yeni bina tikilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərdiyi ötən dövrdə əhaliyə nümunəvi xidmət göstərməklə böyük müştəri məmnuniyyəti qazanıb. Əhalinin əlverişli bank xidmətlərindən yararlanması üçün bankın paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa və Ordubad rayonlarında filialları  fəaliyyət göstərir.

Bu ilin aprel ayından  isə Şərur şəhərində bankın daha bir filialı üçün yeni bina tikilir. Yeni inzibati bina iki mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, gözətçi otaqları, müştəri zalı  yerləşəcək. İkinci mərtəbədə isə iclas zalı, əlavə iş otaqları və foye nəzərdə tutulub. Artıq hər iki mərtəbədə beton işləri başa çatıb, hörgü və suvaq  işləri aparılır. Eyni zamanda binaya  elektrik və rabitə xətləri çəkilir. Yaxın günlərdə isə binanın dam örtüyünün vurulmasına başlanılacaq.

Qeyd edək ki, yeni filial əhalinin, o cümlədən sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: