NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək müqavilələrinin bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinə dair maarifləndirici seminarlar davam etdirilir. Növbəti seminar, avqustun 5-də Babək rayonu Təhsil şöbəsində keçirilib. Babək rayonu üzrə təhsil müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri tərəfindən elektron informasiya sisteminin tətbiqinə dair maarifləndirici söhbətlər aparılıb. Həmçinin mövzu ətrafında slaydlar nümayiş etdirtilib. Seminarın sonunda, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyyələr verilib.