Avropada hökm sürən isti hava şəraiti Norveçdə buzlaqların sürətlə əriməsinə gətirib çıxarıb

A- A A+

Avropada hökm sürən isti hava şəraiti Norveçdə buzlaqların sürətlə əriməsinə gətirib çıxarıb.

NUHÇIXAN bu barədə Norveç KİV-lərinə istinadla xəbər verir.

Tədqiqatçıların sözlərinə görə, temperaturun bundan sonrakı artımı ölkə ərazisində yerləşən buzlaqların böyük hissəsinin yox olması ilə nəticələnə bilər. Beqen Universitetinin geologiya üzrə professoru Atle Nesye jurnalistlərə müsahibəsində deyib: “Son günlər buzlaqların nəzərəçarpacaq dərəcədə sürətlə əriməsi baş verir”.

Mütəxəssislər, həmçinin qeyd edirlər ki, buzlaqların gələcəyi üçün də narahatlığa zəmin var. Belə ki, hazırkı temperatur saxlanılarsa, o zaman buzlaqların böyük hissəsi növbəti 20-50 ildə məhv olacaq. Alimlərin fikrincə, buzlaqlar iqlimin indikatorudur və onun dəyişikliyinə çox həssasdırlar.

Tədqiqatçılar Norveçdə buzlaqların əriməsinin uzunmüddətli perspektivdə qar suyunun miqdarının azalması ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq da edirlər. Bu isə, öz növbəsində, irriqasiya və kənd təsərrüfatı üçün mənfi nəticələrə gətirib çıxara, bəzi su anbarları tamamilə yox ola bilər. Bundan başqa, Norveçdə bəzi istilik elektrik stansiyalarının fəaliyyətində buzlaqların suyundan istifadə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: