Naxçıvan şəhərində nağdsız hesablaşmaların həcmi artıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızda elektron xidmətlərin əhatə dairəsinin və yerlərdə nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi bu ilin 6 ayında da davam etdirilib. Bəhs olunan dövrdə Naxçıvan şəhərində nağdsız hesablaşmaların həcmi 2 milyon 24 min 196 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 347 min manat çoxdur.

Əhalinin nağdsız hesablaşmalara hər hansı bir müraciəti zamanı çətinlik və çatışmazlıqlarla üzləşməməsi üçün Naxçıvan şəhəri və rayonlarda real sektorun bütün sahələrində POS-terminalların quraşdırılması davam etdirilir. Ötən ilin 6 ayı ərzində 38 olmaqla indiyədək Naxçıvan şəhərində 575 POS-terminal quraşdırılıb.  Bu nəticələr göstərir ki, artıq əhalidə dövlət və  özəl sektor müəssisələrinə təklif edilən elektron xidmətlərdən istifadəyə maraq artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: