NUHÇIXAN xəbər verir ki, muxtar respublikada ekoloji monitorinqlərin keçirilməsi davam etdirilir. Növbəti monitorinq Sədərək rayonu ərazisində aparılıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Sədərək rayon ərazisindəki su mənbələrinə, tullantı poliqonunda məişət və tibbi tullantıların idarə olunmasına və rayon ərazisindəki yaşıllıqlara nəzarət məqsədilə ekoloji monitorinq aparılıb.
Monitorinq iştirakçıları əvvəlcə rayon ərazisindəki Şir arxından su nümunələri götürüb, analiz-təhlillər aparıblar.
Sonra Vəlidağ adlanan ərazidə yerləşən məişət tullantıları poliqonunda aparılan yoxlamalar zamanı məlum olub ki, tullantıların əraziyə dağılması hallarının qarşısı alınaraq basdırılır və dezinfeksiya tədbirləri vaxtında aparılır.
Yoxlamalar rayon ərazisindəki mövcud yaşıllıq sahələrində davam etdirilib. Qaraağac kəndi ərazisindəki yaşıllıq sahələrinə və Naxçıvan-Sədərək magistral yolunun kənarlarında yeni salınmış meyvə bağlarına baxış olub.
Cavid Səfərli