NUHÇIXAN xəbər verir ki, Ordubad rayon Mədəniyyət Sarayında “12 avqust-Beynəlxalq Gənclər Günü” ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarından ibarət komandalar arasında "Xəmsə" milli intellektual oyunu keçirilib.
Gərgin mübarizə şəraitində keçən oyunda yekun xal hesabı ilə Ordubad Rayon İcra Hakimiyyətinin "Zirvə" komandası I, Ordubad Rayon Statistika İdarəsinin "Statistika" komandası II, Ordubad Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin "Birlik" komandası III yerlərin qalibi olublar.
Qalib komandalara təşkilatçılar tərəfindən doliplomlar təqdim olunub.
Ərhan Novruzov