Muxtar respublikada epidemioloji sabitlik təmin ediib

A- A A+

NUHÇIXAN xəbər verir ki, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində muxtar respublikada epidemioloji sabitlik təmin edilib. Bununla yanaşı, nəzərə alınmalıdır ki, yoluxucu xəstəliklərin virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Belə xəstəliklərə yoluxmuş insanlar bəzən bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Onların səbəbindən baş verən ağırlaşmalar bir sıra hallarda əlilliyə və ya ölümə də səbəb ola bilir. Odur ki, əhali arasında tibbi  profilaktik tədbirlər müntəzəm olaraq davam etdirilməli, geniş səhiyyə maarifi işi aparılmalıdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən ötən illərdə olduğu kimi bu il də yoluxucu xəstəliklərlə yoluxmanın qarşısının alınması məqsədi ilə  profilaktik tədbirlər keçirilir. Muxtar respublika ərazisində fəaliyyət göstərən istehsal, topdan və pərakəndə satış məntəqələri (ərzaq mağazaları, bazarlar və marketlər) ictimai iaşə müəssisələri, şadlıq sarayları, bərbərxana və gözəllik salonları, uşaq yeniyetmə təhsil müəssisələri, mehmanxana, qonaq evləri, həmçinin digər sənaye və kommunal və bütün tibb müəssisələrinin sanitar-gigiyenik vəziyyətinə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən nəzarət olunur. Bu obyektlərdə çalışan işçilər obliqat qrupu kimi, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qeydiyyata götürülür. Bütün obliqat qrupları hər altı aydan bir QİÇS, dəri-zöhrəvi, bağırsaq və qurd xəstəliklərinə görə müayinəyə cəlb edilir. Vaxtında müayinədən keçməyənlər  müayinədən keçən müddətə qədər işdən kənarlaşdırılır.

Hər il may ayının 1-dən oktyabr ayının sonunadək muxtar respublikada ərazisində mövcud olan bütün su mənbələrindən (açıq, qapalı, göl və çaylardan, artezian quyularından və mərkəzi su mənbələrindən) həftədə iki dəfədən az olmayaraq su və torpaq nümunələri götürülərək Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin  Xüsusi təhlükəli infeksiyalara nəzarət laboratoriyasında yoxlanılır.

Həmçinin, muxtar respublikada  ərazisində yerləşən içməli və kommunal su mənbələrində daim cari və xəbəredici sanitar nəzarət aparılır.

Cari və xəbəredici sanitar nəzarəti xüsusi ilə çirkab və kanalizasiya sularının çay sularına qarışmaması məqsədini daşıyır. Bu məqsədlə iyul ayı ərzində bütün rayonlarda çaylar boyunca icra nümayəndəlikləri və daxili işlər əməkdaşları ilə birlikdə GEM-lər monitorinqlər keçiriblər.

Muxtar respublikada ərazisində su ilə keçə biləcək bağırsaq infeksiyalarının qarşısının alınması məqsədilə aparılan profilaktiki tədbirlər də  davam edir.

Havaların isti keçməsi ilə əlaqədar olaraq Araz çayında suyun hərarəti ağcaqanad süfrələrinin inkişafı üçün optimal şəraitə çevrilir. Ağcaqanad süfrələrinin inkişafının qarşısını almaq məqsədilə Araz çayı boyunca bataqlıq ərazilərdə lavriolla deloravasiya işlərinə başlanılıb. Məqsəd ağcaqanad süfrələrinin məhv edilməsi və malyariya xəstəliyinin qarşısının alınmasıdır.

Xatırladırıq ki, son 15 ildə muxtar respublikada ərazisində malyariya xəstəliyi qeydə alınmayıb.

 

                                                                        Hüseyn Əsgərov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: