Səudiyyə Ərəbistanında “Qurani-Kərim” və Azan oxuma yarışmaları keçiriləcək

A- A A+

Səudiyyə Ərəbistanı Krallığının Əyləncə Fəaliyyətlərinin Təşkili üzrə Komitəsi “Qurani-Kərim” və Azan oxuma müsabiqələrini təqdim edir.

Krallığın Azərbaycandakı səfirliyindən NUHÇIXAN-a bildirilib ki, Komitənin İdarə Heyətinin sədri Türki bin Əbdülmühsin Al əş-Şeyx tərəfindən cari ilin əvvəlində elan olunan “Qurani-Kərim” və Azan oxuma yarışmaları böyük maraqla qarşılandığı üçün qeydiyyat müddəti avqustun 18-dək uzadılıb. İyulun 23-dək qeydiyyatdan keçən iştirakçıların sayının artıq 30 min nəfərə çatdığı bildirilib.

Müsabiqələrdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olmaqla qeydiyyat şərtləri haqqında daha ətraflı məlumat əldə edə bilərlər: https://quranathanawards.com

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: