NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Babək rayonunda “Ailə təsərrüfatlarında mal-qaranın, ev quşlarının və arı ailələrinin sığortalanmasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirib.
Ailə təsərrüfatçılarının iştirakı ilə keçirilən tədbirdə rayon Baytarlıq İdarəsinin müdiri Cəlal Həsənov bölgədəki sabit epizotik vəziyyətdən danışıb, aparılan profilaktik tədbirlər barədə məlumat verib.
Tədbir iştirakçılarına mal-qaranın sığortalanmasının əhəmiyyəti və sığorta müqavilələrinin nəzərdə tutulan şərtlərindən danışıblar.
Tədbirin sonunda mütəxəssislər tərəfindən ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb.
Məhəmməd Fərəcov