Naxçıvan şəhərində Gənclər Yaşayış Kompleksi tikilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin 49-cu məhəlləsində tikilən Gənclər Yaşayış Kompleksində 7 və 5 mərtəbəli yaşayış binaları inşa olunur. Yeddi mərtəbəli yaşayış binalarından biri 26, digəri 28, beş mərtəbəli yaşayış binalarının isə hər biri 40 mənzillidir. Ümumilikdə, yaşayış binalarında 134 mənzil istifadəyə veriləcək.
Qeyd edək ki, kompleksdə gənclərin, eləcə də ailələrin tələbatına uyğun xidmət sahələri yaradılacaq, mənzillərin ipoteka yolu ilə satışı təşkil olunacaq.
Hazırda kompleksdə inşa olunan 7 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində dəmir-beton işləri görülür. 5 mərtəbəli tikilən binanın birinci mərtəbəsində də işlər davam etdirilir. Digər binaların isə təməli qoyulub. Kompleksdə yüksək keyfiyyətli tikinti və izolyasiya materiallarından istifadə olunur.
Əbülfəz Dünyamalıyev