Babək rayonunda 29 tona yaxın tütün tədarük olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunda tütün yığımı davam edir. Artıq 29 tona yaxın tütün tədarük olunub.

Rayonda tütün Qahab, Didivar və Cəhri kəndlərində olmaqla ümumilikdə 18 hektar sahədə  əkilib. Ailə təsərrüfatı sahibləri və torpaq mülkiyyətçiləri əsasən Türkiyənin  “Oriental” və Amerikanın "Virciniya”   sortlarından istifadə edərək əkin keçiriblər. İyul ayının əvvəllərindən başlayaraq rayonda tütün qırımına başlanılıb. Hazırda sahələrdə tütün yığımı davam etdirilir. Tütün qırımı  sentyabr ayının axırlarına kimi aparılacaq.

Sahibkarlardan tütünün  qəbulu  “Cahan Tabak” Beynəlxalq MMC-nin Tütün Yetişdirmə Mərkəzi tərəfindən Cəhri kəndində quraşdırılan  “Tütün qəbulu məntəqəsi”ndə aparılır. Yaş tütünün hər kiloqramı 30-50 qəpiyə, quru tütün isə 1-3 manata tədarük olunuır.

Bütün mərhələlərdən keçmiş tütün yarpaqları xüsusi qutularda qablaşdırılaraq satışa çıxarılmaq üçün “Cahan Tabak” Beynəlxalq MMC-nin Tütün Yetişdirmə Mərkəzinə göndərilir.

Qeyd edək ki, bu il Şərur, Babək və Kəngərli rayonlarında 50 hektara yaxın tütün əkilib. Hazırda bu rayonlarda da tütün yığımı aparılır. Ötən il isə 40 hektar sahədə tütün əkilərək  70 tondan yuxarı tütün məhsulu əldə edilib.

                                          

                                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: