Fərdi tingçilik təsərrüfatlarının fəaliyyəti genişləndirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda fərdi tingçilik təsərrüfatlarının fəaliyyəti də genişləndirilir, hektarlarla yeni meyvə bağları salınır, yaşıllıqlar artırılır. Rayonda yaşayan ailə təsərrüfatçısı Ədalət Quliyev 10 ilə yaxındır ki, tingçilik təsərrüfatı yaradıb. O, icarəyə götürdüyü 0,5 hektarlıq sahədə müxtəlif növ meyvə tingləri yetişdirir. Ədalət Quliyev bağında 30 mindən çox ərik, gilas, badam, armud, şaftalı və başqa meyvə tingləri əkib. Tinglərin qiyməti 2-3 manat arasında dəyişir. Hazırda tingçilik təsərrüfatında tinglərə mövsümə uyğun olaraq qulluq göstərilir, yeni tinglərin yetişdirilməsi üçün hazırlıq işləri görülür.

Qeyd edək ki, sahibkar məhsuldar və keyfiyyətli meyvə sortlarını toxum üsulu ilə artırır. O, daha çox yerli şəraitə uyğun növlərin çoxaldılmasına üstünlük verir.                                                                                

                                                                                 Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: