NUHÇIXAN xəbər verir ki, muxtar respublikada taxıl biçininin başa çatması ilə əlaqədar torpaq mülkiyyətçiləri topladıqları taxılın əsas hissəsini üyüdülmək üçün dəyirmanlara veriblər.
Belə un dəyirmanlarından biri də Culfa rayonundakı “Əylis” MMC-nin un dəyirmanıdır. Rayonun Camaldın kəndində fəaliyyət göstərən müəsissədə “Nuranə” əmtəə nişanı ilə un istehsal olunur.
Gün ərzində 30 ton məhsul istehsal etmək gücündə olan dəyirman tək сulfalıların deyil, qonşu rayonların sakinlərinin də una olan tələbatının ödənilməsində böyük rol oynayır. İki mərtəbədən ibarət olan dəyirmanda taxıl məhsullarının qəbulu, çeşidlənməsi və təmizlənməsi, eyni zamanda un istehsalı tam avtomatlaşdırılmış qaydada həyata keçirilir. Burada əl əməyindən demək olar ki, istifadə olunmur. Həmçinin dəyirmanda qış üçün taxıl da tədarük edilir.
Qeyd edək ki, dəyirmanda ötən il min tondan artıq dən üyüdülüb ki, cari ildə bu rəqəmin daha da yüksək olacağı gözlənilir.
Mədinə Rəhimli