Tələbələr Ağbulaq İstirahət Mərkəzində istirahət ediblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ağbulaq istirahət mərkəzində "Yay məktəbi" davam edir. Mərkəzin budəfəki qonaqları Naxçıvan Dövlət Musiqi Kollecinin tələbələri olub.

Tələbələr  Ağbulaq İstirahət Mərkəzini gəzərək yaradılan şəraitlə tanış olublar. Günün ikinci yarısında isə gənclər arasında stolüstü idman oyunları keçirilib. İstirahət “Xəmsə” intellektual oyunu ilə davam edib. Axşam isə aprel döyüşlərində şəhid olan hərbiçilərin həyatından bəhs edən  filmə baxıblar.

“Yay məktəbi”nin ikinci günü gənclər Ağbulaq kəndini gəzib, ərazidəki şəfa bulağına ekskursiya ediblər.

Hərtərəfli şəraitdən səmərəli yararlanan tələbələr istirahətlərini daha mənalı keçirmək üçün asudə vaxtlarda futbol oynayıb, müxətlif yarışlarda iştirak ediblər.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: