Əsgərlər "Dolu” filminin “Komandiri” ilə görüşüb - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Əsgərlər Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Aqil Abbasın Qarabağ həqiqətlərindən bəhs edən “Dolu” romanı əsasında çəkilmiş bədii filmə baxıblar. Filmin nümayişindən sonra “Dolu” filmində əsas rollardan birini-tabor komandirini canlandıran xalq artisti Məmməd Səfa əsgərlərin filmlə bağlı suallarını cavablandırıb. Həm bədii filmin nümayişi və həm də filmin əsas qəhrəmanlarından biri ilə görüş şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradıb.
Nəriman Nəcəfov