Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu avqust ayında da pensiyaların maliyyələşdirilməsi sahəsində işləri vaxtından əvvəl başa çatdırıb. Görülən tədbirlər nəticəsində avqust ayının 9-na, müqəddəs Qurban bayramı ərəfəsində bütün növ əmək pensiyaçılarına pensiyaların ödənilməsi tam təmin olunub. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələri vasitəsilə ödənilib. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtlı-vaxtında maliyyələşdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi və pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq işləri bundan sonra da davam etdirəcək.