Ekoloji monitorinqlər davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan ekoloji monitorinqlər növbəti dəfə Şahbuz rayonunda aparılıb.
Şahbuz şəhəri və Kolanı kəndində əsasən tullantıların idarə olunması, çay kənarlarının və kənd ərazisinin təmizliyi vəziyyəti araşdırılıb. Kənddəki içməli su mənbələrindən Şahbuz şəhər Sutəmizləyici Qurğular Kompleksindən və çaylardan da nümunələr götürülərək analizlər aparılıb. Rayon ərazisindəki bərk məişət tullantıları poliqonuna da baxış keçirilib. Monitorinq yeni salınan yaşıllıq sahələrində davam etdirilib.
Novruz Məmmədov