NUHÇIXAN xəbər verir ki, Babək rayon regional tütün qəbulu məntəqəsində tütün əkini sahələrində ilk qırımın yekunlarına görə ailə təsərrüfatçılarına ödəniş edilib.
Tədbirdə Tütün Yetişdirmə Mərkəzinin icraçı direktoru Nurəddin Qəhrəmanov hər bir tütünçünün çəkdiyi zəhmətin dəyərinin vaxtında ödənilməsi üçün bütün şəraitin yaradıldığını və ailə təsərrüfatçılarına yığdıqları məhsula görə dəyərini ödədiklərini bildirib.
Məhsulun dəyərinə görə pulunu almış ailə təsərrüfatçıları gələcəkdə də bu işlə davamlı şəkildə məşğul olacaqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikada tütün sahələrində qırım davam edir.
Əbülfəz Dünyamalıyev