NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Didivar kəndində Sahibkar Hüseynqulu Bədəlov tərəfindən salınan üzüm bağında bu il bol məhsul yetişdirilib. 60-dan çox üzüm növünün becərildiyi bağda artıq bir neçə gündür ki, məhsul yığımı davam edir.
Dövlət dəstəyi hesabına təsərrüfatını genişləndirən torpaq mülkiyyətçisi bu il keçən ilə nisbətən daha çox məhsul gözlədiyini bildirib.
Sadiq Məmmədov