Avqustun 10-da Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.
NUHÇIXAN-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 15:22-də qeydə alınıb.
Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.