Naxçıvanda Qurban bayramı ərəfəsində növbəti yarmarka keçirilib - FOTOLAR
Müqəddəs Qurban bayramı ərəfəsində muxtar respublikamızın bazar və yarmarkalarında, ayrı-ayrı ticarət şəbəkələrində məhsul bolluğu hiss olunur. NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda təşkil olunan yarmarkaya 24 istehsal müəssisəsi tərəfindən 82 növdə, 288 çeşiddə 28 ton yerli məhsul çıxarılıb. Yarmarkaya ailə təsərrüfatçıları tərəfindən çıxarılan məhsullar da çoxluq təşkil edib.
Bugünkü yarmarkaya muxtar respublikamızın ayrı-ayrı bölgələrindən torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatçılarının gətirdikləri məhsullar çeşid bolluğu və keyfiyyəti ilə seçilib. Qurban bayramı ərəfəsində yarmarkadakı ət bazarında da bolluq hiss olunub.
Qeyd edək ki, Naxçıvan şəhərinin Xətai küçəsində mərkəzi bazarda təşkil edilən yarmarka hər şənbə günü səmərəli şəkildə fəaliyyət göstərir.
Məhəmməd Fərəcov