Daxili Qoşunların gənc əsgərli hərbi andı qəbul etdi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında da gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

 Mərasimə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Briqada komandirinin müavini, polkovnik-leytenant Sədrəddin Xasayev muxtar respublikada həyata keçirilən ordu quruculuğundan söz açaraq qeyd edib ki, muxtar respublikamızda bütün hərbi hissələr kimi Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası da müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi texniki baza təkmilləşdirilib. Gənc əsgərlər keçirilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməlidirlər. Bildirilib ki, Aprel döyüşlərində, Günnüt əməliyyatında ordumuzun  göstərdiyi şücaət və mərdlik sübut etdi ki, biz hər an əldə silah vətənin müdafiəsinə hazırıq. Bütün bunlar düşmənə daha bir gözdağıdır.

Sonra  gənc əsgərlər hərbi andı qəbul ediblər.

Çıxışların ardından mərasim şəxsi heyətin  təntənətli keçidi ilə başa çatıb.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: