NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti redaksiyası və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları “Muzey günləri” çərçivəsində bu dəfə Hüseyn Cavidin şəhərimizdəki ev-muzeyində olublar.
Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksinin bələdçisə Fərqanə Babayeva qonaqlara ekspozisiya haqqında ətraflı məlumat verib.
Sonra qonaqlar muzeyin otaqları ilə tanış olublar. “Matəm otağı” adlanan otaq qonaqların daha çox marağına səbəb olub. Burada Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirilən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur. Bildirilib ki, otağın çıxışında sərgilənən və 1936-cı ildə çəkilmiş ailəvi fotoşəkil Cavidlər ailəsinin axırıncı xatirə şəklidir.
Qonaqlar “Xatirə otağı” ilə də tanış olublar.
Qafar Qərib